Federasiya prezidenti koronavirusa qalib gəldi

Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slavişa Kokeza koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, 43 yaşlı futbol funksionerindən martın 13-də götürülən testin nəticəsi müsbət nəticə vermişdi.

FSS-in həkimlər komissiyasının rəhbəri Milko Ristiç bu gün yerli mətbuata açıqlamasında federasiya prezidentinin artıq tam sağaldığını bildirib:

“Slavişa Kokeza sağalıb. O, özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq”.

Qeyd edək ki, Slavişa Kokeza 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button