Federasiya millinin yeni baş məşqçisini rəsmən açıqladı

Səudiyyə Ərəbistanı millisindən ayrılan Herve Renarın yeni təyinatı rəsmən açıqlanıb.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis gözlənildiyi kimi, bundan sonra ölkəsində çalışacaq.

O, Fransanın qadınlardan ibarət millisinə baş məşqçi təyin olunub. Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 41 oyuna 18 qələbə qazanıb, 11 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. O, daha öncə bir sıra Fransa klubunda və Afrika millilərində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button