Favr açıqladı: “Borussiya”dan ayrılır?
Almaniyanın “Borussiya” (Dortmund) klubunun baş məşqçisi Lusyen Favr komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, Dortmund klubundan ayrılmayacağını bildirib:
“İmtina etməyi düşünmürəm, “Borussiya”da çalışmağa davam edəcəm. Buranı sevirəm və müqaviləmin sonuna qədər burda qalmaq istəyirəm. Növbəti mövsüm də “Borussiya”da qalmaq istəyirəm. Hazırda komandadakı gələcəyimi müzakirə etmək üçün heç bir səbəb görmürəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin