Enrike Fatini niyə meydana buraxmayıb? – açıqladı
İspaniya yığmasının baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasında Portuqaliya (1:1) ilə bərabərə qaldıqları oyun haqqında danışarkən, Ansu Fatinin bir dəqiqə belə, meydanda olmamasına da münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Fatinin hazırda milli komandaya lazımi qədər kömək edə bilməyəcəyini deyib:
“Ansu gələcək matçlarda bizə kömək etmək üçün komandadadır. Onu məşqdə bəyənirəm, amma bizə istədiyimiz qədər kömək etmək üçün lazımi gücü yoxdur. Biz risk etməyəcəyik. Mən ictimaiyyəti başa düşürəm. Amma peşəkaram və ilk növbədə komandanın baş məşqçisiyəm. Kimin oynayıb-oynamaması ilə bağlı qərar verməliyəm”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin