Fatini “Barselona”da istəmirlər

“Barselona”nın hücumçusu Ansu Fati komandadan ayrılmağı düşünməli ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu oyun praktikasının olmamasına baxmayaraq, Kataloniya klubundan ayrılmaq istəmir.

İspaniyalı oyunçu qış transfer pəncərəsində getməyi planlaşdırmır, ancaq rəhbərlik, məşqçilər heyəti və Fatinin öz ətrafının siqnalları onu vəziyyətə yenidən baxmağa vadar edə bilər. Hər şey onu göstərir ki, baş məşqçi Hans-Diter Flik forvarda etibar etmir. Ona görə də, o, yəqin ki, karyerasını davam etdirmək üçün hələ də müxtəlif variantları araşdırmalı olacaq.

Fati bu mövsüm “Barselona”da 8 matçda iştirak edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button