Fatih Terimə 5 oyunluq cəza
Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi cəzalandırıb.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın çalışdırıcısı 5 oyunluq cəzaya məruz qalıb.
Buna onun “Fatih Karagümrük”lə oyundakı hərəkətləri səbəb olub. Matç zamanı hakimlərə sərt etiraz edən təcrübəli mütəxəssis qırmızı vərəqə almışdı. O, oyundan sonra da hakimlərə qarşı sərt etiraz nümayiş etdirib. Terim həm də 55 min 500 lirə məbləğində cərimə olunub.
67 yaşlı mütəxəssis “Trabzonspor” və “Konyaspor”la səfər, “Antalyaspor” və “Gənclərbirliyi” ilə ev oyunlarında texniki zonada yer ala bilməyəcək. O, dekabrın 22-də “Göztəpə”yə 3:1 hesabıyla qalib gəldikləri oyunda da komandasına rəhbərlik edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin