
Fatih Terimdən “Qarabağ”la bağlı paylaşım – FOTO
“Qarabağ”ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.
Komanda.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə “instaqram” hesabında yazıb:
“Mehriban dəvətinə görə “Qarabağ” klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram”.
Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin