Fatih Terimdən köməkçilərinə “Neftçi” ilə bağlı tapşırıq
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray” bu oyunun hazırlığına başlayıb.
Komanda.az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim bu oyunda hansısa sürprizin yaşanmaması üçün köməkçilərinə “ağ-qaralar”ı təhlil etməyi tapşırıb. Məşqçilərin verəcəyi məlumatlara əsasən komanda məşqlərinə hazırlığını davam etdirəcək.
“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, 8-ci km stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin