
Fatih Terim Yunanıstan komandasını çalışdıra bilər
Türkiyənin “Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terim karyerasını Yunanıstanda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis “Panatinaikos”la anlaşmağa yaxındır.
Fatih Terim son olaraq 2017-2022-ci illərdə “Qalatasaray”ın “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin