Terim yeni klubu ilə ilk dəfə məğlub oldu

Yunanıstan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Farih Terimin baş məşqçisi olduğu “Panatinaikos” evdə “Atromitos”la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Panatinaikos” – “Atromitos” – 1:2
Qollar
:Kantalaiedra, 11 (1:0), Angielski, 25 (1:1), Jubitana, 42 (1:2)

Beləliklə, Terimin rəhbərliyi altında Yunanıstan təmsilçi ilk dəfə  məğlub olub.

Bu komandalar arasında cavab görüşü yanvarın 31-i keçiriləcək. 

Fatih Terim ötən il dekabrın 26-da “Panatinaikos”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 8 oyuna çıxıb, 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button