Terim yeni klubu ilə ilk dəfə məğlub oldu
Yunanıstan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Farih Terimin baş məşqçisi olduğu “Panatinaikos” evdə “Atromitos”la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Panatinaikos” – “Atromitos” – 1:2
Qollar:Kantalaiedra, 11 (1:0), Angielski, 25 (1:1), Jubitana, 42 (1:2)
Beləliklə, Terimin rəhbərliyi altında Yunanıstan təmsilçi ilk dəfə məğlub olub.
Bu komandalar arasında cavab görüşü yanvarın 31-i keçiriləcək.
Fatih Terim ötən il dekabrın 26-da “Panatinaikos”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 8 oyuna çıxıb, 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin