Terimin arzusu

“Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terim İtaliyanın “Napoli” klubu haqda danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis neapolluların 2022/23 mövsümündəki çıxışını dəyərləndirib:

“Luçano Spaletti üçün xoşbəxtəm. O, mənim dostumdur. Ona hörmət edirəm. Bu il onlar çox güclü çıxış edirlər. “Napoli”ni dəstəkləyirəm. Ümid edirəm ki, bu mövsüm onlar Çempionlar Liqasının finalına yüksələcək və İstanbulda oynayacaqlar”.

İtaliya A Seriyasının 15 turundan sonra “Napoli” 41 xalla birinci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button