Fatih Terim: “Burada olduğum üçün xoşbəxtəm”
“Panatinaikos”un baş məşqçisi Fatih Terim Yunanıstan təmsilçisindəki debüt oyununu şərh edib.
Komanda.az klubun mətbuat xidmıtinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında belə deyib:
“İlk növbədə, burada olduğum üçün xoşbəxtəm. Oyunçuları çıxışlarına görə təbrik edirəm. Yaxşı başladıq və hər matçda daha güclü olacağıq. Qısa müddətdir ki, buradayam. Amma buna baxmayaraq, futbolçularım yaxşı oynadı. Qol vurmaq üçün çalışdıq və istədiyimizə nail olduq. Vacib 3 xalı qazandıq. “Panatinaikos” azarkeşləri bu axşam sevinməlidirlər. Güclənərək yolumuza davam edəcəyik”.
Komanda Super Liqanın 16-cı turunda autsayder “Yannina”ya 2:0 hesabı ilə qalib gəlib. “Panatinaikos” hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur.
Fatih Terim bir həftə əvvəl “Panatinaikos”a baş məşqçi təyin olunub.
Bizi Facebook-da izləyin