
Fatih Terim Bakıya gələcək
Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terim Azərbaycana gələcək.
Komanda..az xəbər verir ki, türkiyəli mütəxəssis Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.
O, “Qarabağ” klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin