Fatih Terim Bakıda jurnalistlərin qarşısına çıxacaq

“Qarabağ” klubunun dəvəti ilə Azərbaycana gələcək Fatih Terim KİV nümayəndələri ilə görüşəcək.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bakıda keçirilən COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansını dəstəkləmək üçün ölkəmizə təşrif buyuran mütəxəssisin jurnalistlər üçün brifinqi sabah təşkil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbirdən sonra keçiriləcək görüş Yaşıl zonada olacaq. Terimin jurnalistlərlə görüşü saat 17:00-da başlayacaq. Brifinq bütün mətbuat nümayəndələri üçün açıq olacaq.

“Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko”, “Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da, saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button