“Fati düzgün yoldadır”

“Monako”nun baş məşqçisi Adi Hütter hücumçu Ansu Fatinin komandada nə vaxt debüt edə biləcəyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun komandaya uyğunlaşdığını söyləyib:

“Fati hazırda düzgün yoldadır, ondan razıyıq. O, komandamızla yaxşı anlaşıb, bu, onun məşqdəki işindən də görünür. Beynəlxalq oyunların fasiləsindən sonra onun əsas heyətə cəlb olunması haqda danışa biləcəyik”.

22 yaşlı forvard bu yay “Barselona”dan icarəyə götürülüb.

“Monako” Fransa çempionatında növbəti oyununu səfərdə “Lill”ə qarşı keçirəcək. Qarşılaşma avqustun 24-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button