Fati yenə “ofsayd”da qaldı
“Barselona”nın vingeri Ansu Fati kral kubokunun 1/4 finalında “Valensiya” ilə oyun üçün heyətdən kənarda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniylıların mətbuat xidməti qarşıdakı matçda iştirak edə biləcək futbolçuların siyahısını açıqlayıb.
Gözlənildiyi kimi, heyətdə Lamin Yamal, Rafinya Dias, Robert Levandovski və digər aparıcı oyunçular yer alıb. Ancaq 22 yaşlı Fati siyahıda yoxdur. Bu, birinci dəfə deyil ki, baş verir. Daha əvvəl “Barselona”nın baş məşqçisi Hans-Diter Flik açıq şəkildə cinah oyunçusuna etimad göstərmədiyini bildirib.
Fati bu mövsüm bütün yarışlarda 8 matçda iştirak edib.
“Valensiya” – “Barselona” matçı bu gün keçiriləcək və oyunun start fiti saat 00:30-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin