
Qonşuları Ansu Fatidən polisə şikayət edib
“Barselona”nın hücumçusu Ansu Fati qonşularının və medianın diqqət mərkəzinə düşüb. Səbəb isə 22 yaşlı futbolçunun mənzilində tez-tez keçirilən və səhərə qədər davam edən səs-küylü gecə əyləncələridir.
Komanda.az ABC nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu gecə saatlarında başlayan əyləncələri ilə yaşayış kompleksindəki digər sakinlərin narazılığına səbəb olur.
Qonşular Fatinin mənzilindən gələn yüksək səsli musiqi və qışqırıqlardan şikayətlənir. Onlardan biri dəfələrlə səs-küyün azaldılması üçün müraciət etdiyini, ancaq nəticə ala bilmədiyini bildirib. Polis dəfələrlə ona gecə sakitliyi qaydalarını pozduğu üçün cərimə tətbiq etsə də, futbolçunun davranışında dəyişiklik müşahidə olunmayıb.
Sonda, davamlı narahatlıqlardan bezən qonşular vəziyyəti ictimailəşdirmək qərarına gəlib və məsələ ilə bağlı mətbuata müraciət ediblər.
Bizi Facebook-da izləyin