İtaliya klubu Fatini icarəyə götürmək istəyir
“Barselona”nın hücumçusu Ansu Fati qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
“Komo” “Barselona”nın yetirməsini icarəyə götürmək variantını nəzərdən keçirməyə hazırdır. Bu komandaya Kataloniya klubunun sabiq yarımmüdafiəçisi Sesk Fabreqas başçılıq edir.
İtaliya çempionatının 20 turundan sonra aktivində 19 xal olan “Komo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fati cari La Liqa mövsümündə 4 oyun keçirib, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin