Fatinin İtaliya klubuna keçmək ehtimalı var
“Barselona”nın vingeri Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Milan”a keçə bilər. Onun portuqaliyalı hücumçu Rafael Leaonun mübadilə müqaviləsinə daxil edilmə ehtimalı var.
Fatinin “Barsa” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. O, cari mövsümdə kataloniyalıların heyətində 7 oyun keçirib.
“Barselona” İspaniya çempionatının 14 turunun nəticələrinə əsasən, 34 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin