Fati İspaniyanın 4 klubunun hədəfindədir

“Barselona”nın hücumçusu Ansu Fati karyerasını İspaniya çempionatında başqa klubda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində La Liqanın bir neçə klubu maraqlıdır. “Real Sosyedad”, “Valensiya”, “Sevilya” və “Jirona” Fatini öz sıralarında görmək istəyir. Onun transfer dəyəri 5 milyon avro qiymətləndirilir və klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

İspaniyalı forvard bu mövsüm La Liqada cəmi 4 oyun keçirib, qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button