Flikdən “Barselona”dan göndəriləcəyi deyilən Fati haqda açıqlama
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ansu Fatinin durumu ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Fatinin məşqlərdə təkmilləşdiyini deyib:
“Düşünürəm ki, Ansu komandada qalmaq istəyir və bu, yaxşıdır. O, məşqlərdə təkmilləşir”.
İspaniyalı hücumçu bazar günü La Liqada “Valensiya” ilə matçda (7:1) ehtiyat oyunçular skamyasında qalıb. O, yanvarın əvvəlindən meydanda görünməyib.
Müxtəlif mənbələrə görə, kataloniyalılar Fati ilə vidalaşmaq istəyirlər və qış transfer pəncərəsində onunla ayrılmağa hazırdırlar. Ancaq o, israr edir və “Barsa”dan ayrılmaq istəmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin