Fati PSJ-yə meydan oxudu

“Monako”nun yeni transferi Ansu Fati Fransa çempionatında PSJ ilə gözlənilən rəqabət haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Paris klubunda hörmət etdiyi və minnətdar olduğu insanlardan danışıb:

“Biz buradayıq ki, onların işini maksimum çətinləşdirək. Bu, bizim əsas məqsədimizdir. PSJ-də mənim “Barselona”da gözəl günlər keçirdiyim Osman Dembele də var. Ona və digərlərinə uğurlar arzulayıram, amma bizə qarşı olan oyunlardan başqa”.

22 yaşlı Fati “Barselona”dan “Monako”ya bir illik icarə əsasında keçib. O, 2024/25 mövsümündə müxtəlif klub turnirlərində 11 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button