Fati “Barselona”nın qərarını dəyişdirdi

İspaniyanın “Barselona” klubu futbolçusu Osman Dembele ilə bağlı qərarını dəyişib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçunu satmaq qərarından daşınıb. Buna səbəb gənc hücumçu Ansu Fatinin uzun müddətə sıradan çıxmasıdır. Klub Fatinin yoxluğunda Dembelenin xidmətindən istifadə etmək niyyətindədir.

Daha əvvəl “Barselona”nın yanvarda Dembeleni satacağı bildirilirdi. 2017-ci ildən Kataloniya klubunda çıxış edən fransalı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button