
Fati Madrid klubunun “radar”ındadır
“Barselona”nın “Monako”ya icarəyə verdiyi hücumçu Ansu Fati mövsümə yaxşı start verib.
Fransa təmsilçisində çıxış edən 22 yaşlı futbolçu hazırda Liqa 1-in bombardirlər siyahısına başçılıq edir. O, cəmi üç oyunda beş qol vurub. Bundan əlavə, UEFA Çempionlar Liqasında da iki qarşılaşmada bir dəfə fərqlənib.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Fatinin Fransadakı uğurlu çıxışı “Atletiko”nun diqqətini çəkib. Madridlilər 2026-cı ildə onu heyətinə qatmaq imkanını nəzərdən keçirirlər.
İspaniyalı forvardın “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Bununla belə, “Monako” icarə razılaşmasına əsasən, onu satınalma hüququna malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



