“Fasiləyə 0:0 hesabı ilə çıxmaq ayıbdır” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya çempionatının 18-ci turunda “Yuventus”la oyunda (0:1) məğlubiyyətini şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın çıxışından razı olduğunu bildirsə də, nəticə onu qane etməyib:

“Biz əslində oyunda hər kəsin gözlədiyindən daha çox şans yaratdıq. Fasiləyə 0:0 hesabı ilə çıxmaq ayıbdır. Çünki birinci hissədə daha yaxşı oynadıq, topu dirəyə vurduq və üç-dörd dəfə həqiqətən təhlükəli vəziyyət yaratdıq. Qol vura bilmədik və qapımızda qol buraxdıq. Mən oyuna strateji yanaşma tərzimizdən, komandamın göstərdiyi xarakterdən çox razıyam. Amma biz nəticə əldə edə bilmədik”.

“Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 43 xalla ikinci yerdədir. “Roma” isə 28 xalla yeddinc pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button