“Qələbə qazana bilərdik, lakin alınmadı” – Ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasının 1-ci turunun “Xetafe” ilə matçını (0:0) dəyərləndirib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, o, rəqibin yaxşı müdafiə olunduğunu deyib:

“Hər iki kollektiv inamlı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. Fasilədən sonra Rafinyasız oynadıq. Bizim üçün çətin oldu. Rəqib yaxşı müdafiə olundu.

Bir-iki real qol epizodumuz oldu. Onlardan düzgün yararlana bilsəydik, qələbə qazana bilərdik, lakin alınmadı”.

Xatırladaq ki, “Barselona”nın futbolçusu Rafinya görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə alaraq oyundan uzaqlaşdırılıb. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi də 70-ci dəqiqədə qırmızı vərəqə alıb və texniki zonadan kənarlaşdırılıb.

“Barsa” ölkə çempionatının 2-ci turunda “Kadis”lə, “Xetafe” isə “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button