Fanatlara orta barmağını göstərdi, federasiyanı mafiyaya bənzətdi
“Sion”un futbolçusu Mario Balotelli İsveçrə çempionatında “Bazel”ə qarşı keçirilən oyunda rəqib azarkeşlərə orta barmağını göstərib.
Komanda.az xəbər verir ki, İsveçrə Futbol Federasiyası bu davranışa görəitaliyalı hücumçunun lisenziyasını dondurub.
Balotelli bununla bağlı “Blick” nəşrinə verdiyi açıqlamada bunları deyib:
“Dünyanın nə qədər utancverici bir yer olduğunu bilmək üçün İsveçrə çempionatına baxmalısız. İsveçrə Futbol Federasiyası necə bir mafiyadır, bilmirəm. İnanın mənə, mənim kimi futolçular saxtakarlığın, ədalətsizliyin hökm sürdüyü İsveçrə çempionatında oynamaqdan qürur duymur”.
Balotelli oyun zamanı kobud müdaxiləyə məruz qalıb, ancaq hakim cərimə zərbəsi təyin etməyib. Futbolçu buna qəzəblənib və fanatlara orta barmağını göstərib.
Avqust ayından “Sion”da çıxış edən 32 yaşlı futbolçu İsveçrə çempionatında 8 oyunda 4 qol vurub.
Bizi Facebook-da izləyin