Fanatlar “Real”ı təhqir etdilər, Mbappe güldü – FOTO

PSJ azarkeşləri “Real”ın ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

Komanda.az xəbər verir ki, hadisə PSJ-in prezidenti Nasser Əl-Xələfinin Kilian Mbappe ilə müqavilənin uzadılması ilə bağlı çıxış etdiyi zaman baş verib.

PSJ prezidenti tamamilə dolu stadionda Mbappe ilə əməkdaşlığın uzadıldığı haqda məlumat verib. Bu zaman PSJ pərəstişkarları Kilian uğrunda mübarizədə uduzan “Real”ın ünvanına təhqirlər səsləndirməyə başlayıblar. Maraqlıdır ki, Mbappe fanatların bu təhqirlərini təbəssümlə dinləyib.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2022-ci ildə başa çatır. Tərəflərin yeni anlaşması 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button