
Məşhur futbolçu Kolumbiya klubundan ayrılıb
Kolumbiyalı hücumçu Radamel Falkao doğma ölkəsində çıxış etdiyi “Millonarios” klubunu tərk edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və o, artıq azad agent statusundadır.
Falkao 2024/25 mövsümündə 13 oyunda meydana çıxaraq, 6 qola imza atıb. Onun transfer dəyəri 150 min avro olsa da, karyerasını davam etdirmək qərarına gəlsə, yeni klub onu pulsuz əldə edə bilər.
Kolumbiyalı forvard 13 yaşına kimi “Millonarios”un uşaq komandasında forma geyinib. Onun bundan əvvəl son klubu “Rayo Valyekano” olub. Falkao daha əvvəl “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko”, “Portu” və “River Pleyt”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



