
Falkao derbidə oynayacaq?
“Qalatasaray” Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı “Beşiktaş”la derbi matçına hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.
Belə ki, “sarı-qırmızılar”ın ulduz futbolçuları Radamel Falkao və Sofian Fequli hələ də komandadan ayrı hazırlıq keçir. Fərdi məşq edən hər iki futbolçunun qarşıdakı oyuna yetişməsi çətin görünür.
Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” matçı oktyabrın 27-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin