Yeni transferi “Zirə”nin tarixinə düşdü
Fakundo Melivilo “Zirə”də debüt edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının 20-ci turunda rəsmiləşib. Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.
Melivilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner “qartallar”ın formasını geyinib. Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. “Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.
“Zirə” Melivilo ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin