Faiq Qarayev yenidən millinin “sükanı arxasında”
Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.
Komanda.az xəbər verir ki, onun təqdimatı Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında baş tutub.
Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb.
64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.
Müxtəlif vaxtlarda yığmanın “sükanı arxasında” olan Qarayev son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin