“Fabreqasla işləmək böyük şərəfdir”
“Komo”nun yeni futbolçusu Serxi Roberto “Barselona”dan ayrıldıqdan sonra karyerasını davam etdirmək variantlarından danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Sesk Fabreqasla işləməyin böyük şərəf olduğunu bildirib:
“Sesk Fabreqas dünyanın ən yaxşı oyunçularından biri idi, onunla işləmək böyük şərəfdir. O, məşqçi kimi səyahətinə təzəcə başlayır və əminəm ki, biz bir-birimizə kömək edə bilərik.
Mən İspaniyadan, Yaxın Şərqdən, eləcə də A Seriyasından və İngiltərə Premyer Liqasından təkliflər aldım. Lakin Fabreqasla ilk söhbətdən sonra “Komo” layihəsinin nə qədər iddialı olduğunu dərhal anladım”.
32 yaşlı yarımmüdafiəçinin iyulda “Barselona” ilə müqaviləsi başa çatıb. O, daha sonra azad agent kimi İtaliyanın “Komo” klubu ilə anlaşıb.
Bizi Facebook-da izləyin