Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəldi
Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.
Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi “İnstaqram” hesabında məlumat paylaşıb:
“Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi. Onların hamısına təşəkkür edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin