“Bizə deyiləni etmək məcburiyyətindəyik” – Fabreqas

Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqas koronavirus səbəbiylə vaxtından tez yekunlaşdırılan Liqa 1-lə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu, Liqa 1-lə bağlı qərarın erkən verildiyini bildirib:

“Bu, böyük qərar idi və bunu niyə verdiklərini başa düşürəm. Amma bəlkə də, yaxında bu qərar dəyişdi, çünki böyük çempionatların əksəriyyəti hələ ki, davam etməyi düşünür. Bu qərarın insanların sağlamlığı üçün vacib olduğunu başa düşürəm. Amma bəlkə də, çox riskli olmayan fərdi məşqlərlə başlaya bilərdik. Beləliklə, kiməsə toxunmaz və yaxın olmazdıq. Lakin bizə deyiləni etmək məcburiyyətindəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button