Fabreqas bu 3 məşqçini ən yaxşı sayır

İspaniyalı keçmiş futbolçu Sesk Fabreqas oyunçu karyerası dövründəki ən yaxşı üç məşqçinin adını çəkib.

Komanda.az xəbər verir ki, o, “beIN Sports”-a açıqlamasında bunları deyib:

“Taktiki cəhətdən Pep Qvardiola ən güclüdür. İnsani baxımdan isə mən Arsen Vengeri seçərdim. Paltardəyişmə otağında oyunçulara fərdi yanaşmaya gəlincə, bu, Joze Mourinyodur. O, oyunçuların beyninə girməkdə və onlara lazımi enerjini verməkdə ən yaxşı idi”.

Fabreqas hazırda İtaliyanın “Komo” komandasının baş məşqçisidir. Bununla belə, media onun adını Avropanın bir neçə top-klubuna mümkün təyinatla əlaqələndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button