Fabreqas Totti məsələsinə aydınlıq gətirdi

“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Roma”nın sabiq hücumçusu Françesko Tottinin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Totti ilə müqavilə bağlamaqda maraqlı olmadıqlarını söyləyib:

“Totti futbolun əfsanəsidir, amma biz onunla müqavilə bağlamaqda maraqlı olmamışıq”.

Bundan əvvəl 48 yaşlı keçmiş futbolçu karyerasını bərpa etmək istədiyini etiraf etmişdi.

Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. O, 1992/93 mövsümündən 2017/18 mövsümünə kimi “Roma”da çıxış edib. İtaliyalı sabiq futbolçu bu müddətdə bütün turnirlərdə 783 oyunda iştirak edib, 307 qol vurub, 209 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button