Mbappeni Ronaldoya bənzətdi

“Monako”nun futbolçusu Sesk Fabreqas, PSJ-nin hücumçusu Kilian Mbappe haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan ispan yarımmüdafiəçi, Mbappeni Kriştiano Ronaldoya bənzədib:

“Mbappeni hər izlədiyimdə, onunla bərabər oynamaq istəyirəm. Meydanda gözəl işlər görür. Belə davam edərsə, edə biləcəkləri sərhədsizdir. Onunla oynasaydım, çox əylənərdik.

Bir daha Lionel Messi kimi futbolçu izləyə biləcəyimizi düşünmürəm. Ancaq Mbappedə Ronaldo ilə oxşar bacarıqlar görürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button