Fabreqas: “Yamal futbolda öz yolunu tutmalıdır”
“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Barselona”nın vingeri Lamin Yamal və argentinalı hücumçu Lionel Messi arasında aparılan müqayisələri şərh edib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu müqayisələri bəyənmədiyini bildirib:
“Mən bu müqayisələri bəyənmirəm, çünki hər bir oyunçu fərdidir. Yamal futbolda öz yolunu tutmalıdır. Amma təbii ki, Messi haqqında düşünməyə vadar edən əlamətlər çoxdur. Bu, çətin günlər keçirmiş “Barsa” azarkeşləri üçün normal haldır”.
17 yaşlı Yamalı “transfermarkt” portalı 150 milyon avro dəyərində qiymətləndirir. O, cari La Liqa mövsümündə 9 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin