Fabreqas İtaliya klubundan ayrılacaq
İtaliya B Seriyasında çıxış edən “Komo”nun baş məşqçisi Sesk Fabreqas vəzifəsindən ayrılacaq.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, komandanın müvəqqəti baş məşqçisi olan ispaniyalı mütəxəssisin lazımi məşqçi kateqoriyası yoxdur. O, dekabrın 23-də “Palermo” ilə keçiriləcək oyundan sonra vəzifəsini tərk edəcək.
Buna baxmayaraq, Fabreqas komandanın məşqçilər korpusunda qalacaq.
Fabreqas noyabrın 13-dən “Komo”nu çalışdırır. Komanda onun rəhbərliyi altında 5 oyundan 4-də qalib gəlib, 1 dəfə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin