Fabreqas karyerasını başa vurdu
İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, son olaraq İtaliyanın “Komo” klubunda forma geyinmiş təcrübəli futbolçu 36 yaşında getməyə qərar verib.
O, bundan sonra “Komo”nun U-19 və əvəzedici komandalarının baş məşqçisi kimi fəaliyyət göstərəcək.
Fabreqas 2022-ci ilin yayından B Seriyası təmsilçisində forma geyinirdi. O, daha öncə “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako”da da forma geyinib, İspaniya yığmasında 110 oyuna 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin