Ranyeri: “Fabreqas Avropanın ən yaxşı məşqçilərindən birinə çevriləcək”

“Roma”nın çalışdırıcısı Klaudio Ranyeri “Komo”nun baş məşqçisi Sesk Fabreqasın işi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Fabreqasın bir neçə ildən sonra Avropanın ən yaxşı məşqçilərindən birinə çevriləcəyini deyib:

“Mənim fikirlərim indi “Komo” ilə oyundadır. Bu komanda indi yüksəlişdədir, əla oynayırlar. Fabreqas? O, bir neçə ildən sonra Avropanın ən yaxşı məşqçilərindən birinə çevriləcək. Mən buna əminəm”.

İtaliya çempionatının 26 turundan sonra aktivində 28 xal olan “Komo” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Fabreqasın komandası martın 2-də səfərdə “Roma” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button