İtaliya klubu “sükan”ı Fabreqasa tapşırdı

“Çelsi”nin sabiq futbolçusu Sesk Fabreqasın yeni vəzifəsi müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı mütəxəssis İtaliya B Seriyası təmsilçilərindən “Komo 1907″nin baş məşqçisi olub. 

Fabreqas daha əvvəl bu klubun U-19 komandasında baş məşqçilik edirdi.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Komo 1907” baş məşqçisi Moreno Lonqo ilə sürpriz bir şəkildə yollarını ayırıb. Daha sonra isə bu vəzifəyə Sesk Fabreqas gətirilib. 

Bu, Fabreqasın əsas komandalarda ilk baş məşqçiliyi olacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button