“Fərqli hissələrə şahid olduq” – Elmar Baxşıyev
Premyer Liqanın 34-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyunun təxminən bu ssenari ilə keçəcəyini gözləyirdik. “Turan Tovuz” qapanan və öz şansından yaxşı istifadə edən komandadır. Fərqli hissələrə şahid olduq. İlk yarıda öz oyunumuz qurmaq istəyirdik, amma alınmırdı. Qırmızı vərəqədən sonra toparlandıq. Təəssüf ki, son dəqiqədə buraxılan qolla məğlub olduq. Heç nə bitməyib, hər oyun finala bərabərdir. Bu görüşü düzgün analiz etməli və qarşıdakı matça hazırlaşmalıyıq. Öncədən də təxmin etmək mümkün deyil ki, meydana yeni daxil olan futbolçu zədələnsin. Matçın sonları idi. Əyyub Allaş da müdafiə planında çatdırmırdı, Emil Səfərovla əvəzlədik. Futbolun ayrılmaz hissəsidir, belə epizodlar da olur. Komanda bundan keçməlidir. Qırmızı vərəqəni gözləmirdik. Məğlub olmağımız əvəzetmələrlə bağlı deyil. Son dəqiqədə şans “Turan Tovuz”un tərəfində oldu və qalib gəldilər. Asif Məmmədov üçün mövsümün bitdiyini düşünürəm, Feras Abu Akal isə müayinədən keçməlidir”.
Bizi Facebook-da izləyin