“Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim”
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 67 yaşlı mütəəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə oyuna nəzarət tam olaraq bizdə idi. Daha çox qol vura bilərdik. Rəqibin meydanın mərkəzini keçib-keçmədiyini bilmirəm. Top itkilərindən yaxşı istifadə etdik və kompakt oynadıq. Oyun komandamın nəzarəti altında keçsə də, həlledici zərbələrdə dəqiq olmadııq. Bunu yaxşılaşdırmalıyıq. Düzdür, bu gün avtoqolla qələbə qazandıq. Amma daha yaxşı nəticəyə layiq idik”.
Santos ikinci hissədə yaxşı oynamadıqlarını etiraf edib:
“Ötürmələrdə səhvlərə yol verdik. Rəqib heç-heçəyə inanmağa başladı. Məğlubiyyətdən qaçmaq üçün yollar axtarırdılar. 3-4 epizodda qapımıza doğu zərbə vurmalarına imkan verdik. Joau Feliksin meydana çıxmasından sonra isə vəziyyət yaxşılaşdı”.
Təcrübəli məşqçi qələbə qazanmağın önəmli olduğunu vurğulayıb:
“Bilirdik ki, bu cür oyunlar hər zaman çətin keçir. Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim. Bundan sonra Serbiya millisi barədə düşünə bilərik. Həmin qarşılaşma fərqli olacaq”.
Bizi Facebook-da izləyin