Fərid Sadıxlı dünya çempionatının finalında
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə start verib.
Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub – 5:1. Sadıxlı yarımfinalda isə iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb – 9:0. Fərid sabah finalda qazaxıstanlı İsxar Kurbayevlə qarşılayacaq.
Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.
Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzub – 0:2.
Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.
Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib – 0:9.
Bizi Facebook-da izləyin