Fərid Qayıbov Şəmkir və Gədəbəy sakinlərini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.
Qurumdan Komanda.az-a verilən məlumata görə, qəbuldan öncə Şəmkir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Şəmkir Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin