Fərid Qayıbov Raymon Blondeli qəbul edib

Sentyabrın 14-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondeli qəbul edib.

Komanda.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbula görə təşəkkür edib, Azərbaycan milli komandasının Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrik edib. Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və baş katibi Toğrul Rəhimov da iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button