Fərid Qayıbov bölgələrə səfər etdi
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bir sıra şəhər və rayonlarında səfərdə olub.
Nazirlikdən Komanda.az-a verilən məlumata görə, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan Qayıbov, mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.
O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb, həmçinin Gəncə şəhərində tikilməkdə olan idman sarayının tikintisi ilə tanış olub.
Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.
Qayıbov Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, olimpiya idman kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.
Bizi Facebook-da izləyin